Bizim inkişafımızın təməlini keyfiyyət təşkil edir.

2003-cü ildən bu günə kimi AS İstehsal şirkəti olaraq tikinti sektorunda bünövrəsini keyfiyyətli tikinti materialları möhkəmləndirmək istəyən bazar iştirakçıları üçün çalışırıq. 18 illik inkişaf yolumuzun hazır beton növü ilə başladı. Hazır beton növünü ən yaxşı şəkildə hazırlayıb, bazar payımızı artırmaq üçün ən yaxşı avadanlıqlara və peşəkar kadrlara yatırım etməkdən çəkinmədik. 

Ölkədə inşa edilən layihələrdə memarların tətbiq etdikləri dizayn elementlərinin sayı və müxtəlifliyi artıqca üzərimizə daha çox iş düşməyə başladı. Bu sahədə də birinci olmaq və işimizin AS-ı olduğunu sübut etmək üçün layihələrdə yüksək markalı fibro betonu tətbiq etməyə başladıq. Bu da bizə bir çox böyük layihələri öz əlimizdə cəmləməyə və tikinti materialları bazarındakı mövqeyimizi möhkəmləndirməyə imkan verdi.

Beləcə ölkədə tikinti sektorunun hər dövrünü yaşayaraq, düz 18 ildən çoxdur ki, ölkəmizin bu sahənin bünövrəsini öz məhsullarımız ilə möhkəmləndirməyə davam edirik.

Zaman tikinti sektoru qarşısında yeni tələblər qoymağa başladıqda, biz də genişlənmək yolunu seçdik. Ölkəmizdə qəzalı binaların olması şirkət olaraq məsuliyyətimizi daha da artırdı. Bu  proseslərin qarşısını sürətli şəkildə almaq üçün ölkəmizin müxtəlif bölgələrində mövcud ola biləcək tikinti xammallarının araşdırılmasına yatırımlar etdik. Kəşf etdiyimiz yeni xammal mənbələri beton və digər tikinti materialları sektoruna yeni növ məhsullarla çıxmağımıza təkan verdi. 

Tikinti sahəsindəki memarlar tərəfindən yeni və mürəkkəb konstruksiyalı layihələrin hazırlanması dövrü tikinti sektoru üçün yeni bir başlanğıc olsa da, biz buna da hazır idik. AS İstehsal şirkəti olaraq ilk dəfə bu tipli layihələr üçün öz ağırlığı hesabına sıxlaşan, sıx armaturlu və mürəkkəb konstruksiyalarda istifadə olunan özüyeriyən betonun tətbiqini həyata keçirməyə başladıq.

Məqsədlərimiz
İnnovasiyalar

İşimizin əsas hissəsini tikinti məhsullarının istehsalı təşkil etdiyi üçün yeniliklərə imza atmağa çalışırıq. Bunun üçün də hər gün axtarışdayıq. Məqsədimiz Azərbaycanın coğrafi və geoloji strukturunun bəxs etdiyi xammallardan istifadə etməklə tikinti materialları sektoruna innovativ məhsullar təqdim etməkdir.

İnsan kapitalı

18 illik fəaliyyətimizə əsasən deyə bilərik ki, bu gün istehsal sahəsində fəaliyyət göstərən bir çox şirkətlərdə məhz AS İstehsal şirkətinin əməkdaşları çalışmaqdadır. Biz bunu şirkətimizin sahənin inkişafına və insan kapitalına etdiyi yatırımın bir hissəsi kimi dəyərləndiririk.

Keyfiyyətli məhsul

Bu gün bazarda fəaliyyət göstərən korporativ müştərilərimizə AS İstehsal ilə bağlı sual ünvanladıqda, “keyfiyyətli iş istəyirsənsə, başqasını axtarma”, “onlar keyfiyyətə vurğundur” kimi cavablar alacaqsınız. Bu kimi deyimlər bizi cəsarətləndirməklə, inkişafımıza yol açır.

Xarici bazar

İstehsal etdiyimiz məhsulların qonşu ölkələrin tikinti materialları bazarında mövqe tutmasına baxmayaraq, bu istiqamət üzrə sərhədlərimizi genişləndirmək üçün çalışırıq. Ölkəmizə və şirkətə xarici valyuta axının təmin olunması uğrunda apardığımız çalışmaların nəticə verəcəyinə inanırıq. 

Dəyərlərimiz
Təhlükəsizlik

Şirkətdə çalışan hər bir əməkdaşın təhlükəsizliyini təmin etmək bizim üçün birinci dərəcəli məsələdir. Quraşdırdığımız avadanlıqlar və istehsal etdiyimiz məhsullar “Ehtiyatlı olun” ifadəsini deyə bilməsələr də, biz bunu hər gün öz əməkdaşlarımıza deməyə borcluyuq.

Şəxsi inkişaf

Biz yetişdirməyi, paylaşmağı və öyrətməyi də sevirik. Şəxsi təcrübədən keçirdiyimiz hər bir işi həm əməkdaşlar, həm də müştərilərimizlə paylaşırıq. Bunun şirkətdə əməkdaşlararası münasibətlərin yaxşılaşmasına və şəxsi inkişafımıza təkan verdiyinə inanırıq.

Ətraf mühit

Ətraf mühitin qorunması məsələsinə çox həssas yanaşmağa məcburuq. Şirkətimizin fəaliyyət obyektləri tikinti materiallarının istehsalı üçün layihələndirilsə də, orada yaşıllıq güşəsinin olmasına mütləq diqqət edirik.

Müştəri məmnuniyyəti

Biz məhsul satmaqla kifayətlənmirik. Bu işin böyük bir hissəsini maarifləndirmə və müştəri məmnuniyyəti təşkil edir. İstehsal etdiyimiz məhsulun tətbiq olunduğu yerləri analiz edəndə verdiyimiz tövsiyələr bizimlə müştərilərimiz arasında olan bağı daha da möhkəmləndirir.