1969-cu ildən fəaliyyət göstərən Yevlax dəmir-beton zavodu AS İstehsal şirkəti tərəfindən qoyulmuş investisiya sayəsində müasir avadanlıqlarla təchiz edildi, istehsal prosesi EN standartlarına uyğunlaşdırılmışdır. Yevlax İstehsalat Bazası Əmtəə betonu istehsalı, Xırdaqəlibli beton məmulatları (Poyatos) və dəmir-beton məmulatları (Yevlax DBMZ) zavodlarından ibarətdir.
Yevlax Beton
Yevlax şəhərində yerləşən beton zavod saatda 100 m3 beton istehsal etmək gücünə malikdir ki, bu da şirkətə istənilən layihəni fasiləsiz əmtəə betonu ilə təchiz etməyə imkan verir.
POYATOS zavodu
Poyatos xırdaqəlibli beton məmulatları zavodunda vibropress texnologiyası sayəsində müxtəlif ölçülərdə döşəmə, səki daşları və beton blokları istehsal edilir.
Yevlax DBMZ
Dəmir-beton məmulatları zavodunda müxtəlif ölçülərdə su və kanalizasiya elementləri, beton hasarlar, yol sədləri, monolit beton plitələr və s. kimi məmulatlar istehsal edilir.