2021-ci ildən etibarən “AS İstehsal” MMC-nin balansında Zəngilan rayonu ərazisində qum-qırmadaş karxanası fəaliyyata başlamışdır. İstehsal gücü 200-220 ton/saat olan karxana işğaldan azad edilmiş ərazilərin yol infrastrukturunun bərpasında, həmçinin tikinti quruculuq işlərində mühüm rol oynamaqdadır. Karxana ən müasir qurğu və avadanlıqlarla təchiz edilmişdir. Burada 5/15 və 15/25 fraksiyalarda qırmadaş, 0-8 fraksiyalarda isə iri qum iteshsal edilir. İstehsal edilən məhsullar Azərbaycan respublikasının standartlarına uyğun istehsal edilir və sertifikatla təmin edilmişdir